İstifadə Qaydaları

Ən çox verilən suallar və cavablar

Biz daim başqa mağazaların saytlarında olan məhsulları monitorinq edir, bu məhsulların qiymətlərini sistemə daxil edirik. Biz bunu onun üçün edirik ki, bizim istifadəçilərimiz üçün bu və ya digər məhsulu almaq daha rahat olsun.

 

Biz fasiləsiz olaraq məhsul qiymətlərini müşahidə edərək onları yeniləyirik. Qiymətin dəyişmə qrafikinin nəzərdən qaçması halı baş verərsə, məhsulu almazdan əvvəl qiymətin dəyişilməsi tarixinə baxın, həmən görəcəksiniz ki, məhsul üçün endirim üzərində görsənir, amma onun qiymət tarixçəsi dəyişilmir.

Qiymət dəyişmə tarixçəsi – bu hər bir məhsulun səhifəsində yerləşdirilmiş qrafikdir. Məhsul qiymətində dəyişiklikdən asılı olaraq qrafik əyrisi də dəyişir və bununla da siz bütün qiymət dəyişmələrini tarixçə olaraq görə bilərsiniz.  Asan olması üçün bütün qiymət dəyişikliyi keçmişində həmin gün üçün ən aşağı qiymətli malların siyahısını əldə etmə imkanı verən məhsul kateqoriyası da təmin edilmişdir.

  • Seçdiyiniz məhsul, onu satın alacağınız mağaza, həmin günə olan qiyməti haqqında tam və ətraflı məlumat əldə edirsiniz və üstəlik bu tamamilə pulsuzdur. Almaq istədiyiniz məhsulu axtarmağa, mağazaları gəzməyə, qiymətləri müqayisə etməyə ehtiyac yoxdur.
  • Hər bir məhsul üçün qrafik üzrə qiymət dəyişilmə dinamikasını izləyin və hansı periodda bu məhsul üçün ən minimal qiymət olması barədə məlumat əldə edin.
  • Xəbərdarlıq sistemində alarm qurun və lazım olan məhsulun qiyməti təyin olunan həddə düşən kimi e-mail və sms vasitəsilə xəbərdar olun.
  • Shoppy.az saytından partnyor sayta keçid alın, sifarişi rəsmiləşdirin və və sifarişiniz yerinə yetirilən kimi 3% cash-back qazanın. Həmin bonusları partnyor şəbəkə mağazalarından növbəti dəfə alış-veriş etdikdə rahatlıqla istifadə edin.
  • Kredit şərtlərini müqayisə edin.
  • Hər bir düzgün, qrammatik qaydalar uyğun, bizim administratorlar tərəfindən təsdiqlənmiş məhsul, mağaza, xidmət haqqında yazdığınız şərhə görə əlavə bonuslar qazanın.
  • Öz alış-verişinizdən maksimum faydalanın.

Məhsul axtarışı adi üsulla baş verir. Məhsul kateqoriyasında lazımi kriteriyalar seçilir və məhsul siyahısı əldə edilir, daha sonra hər bir məhsula keçid etdikdə ətraflı məlumat – hansı mağazada mövcuddur, hansı qiymətə satılıt, vaxt üzrə qiymət dəyişiklik tarixçəsi – göstərilir.

Əgər siz əldə etdiyiniz məhsul ilə bağlı şərh və ya rəy yazmısınızsa, həmin şərhin və ya rəyin təsdiqindən sonra sizin şəxsi kabinetinizdə pul məbləği şəklində bonuslar yığılır və siz onları partnyor mağazalarda məhsul alışı zamanı endirimlər şəklində istifadə edə bilərsiniz. Bunun üçün yalnız saytda qeydiyyatdan keçmək və düzgün şərhlər yazmaq kifayətdir.

Saytda qiymətlər hər iki saatdan bir yenilənir, aşağı hissədə məhsul bölməsində həmin məhsula uyğun son yenilənmiş qiymət göstərilir.

Bizim saytımızda çeşid, kateqoriya sayı, məhsul ilə bağlı məhdudiyyət yoxdur və hər birinizi bizim partnyorumuz olmağa dəvət edirik. Biz nəzərdən keçirib sayta limitsiz sayda məhsul və kateqoriya əlavə edə bilərik.

Bəli, siz özünüzə məxsus mağaza yarada, öz əlaqə məlumatlarınızı göstərə və bütün məhsul çeşidinizi əlavə edə bilərsiniz.

Cash-back sistemi

Etdiyiniz alış-verişlərə görə cash-back qazanmaq üçün:

  • az-da qeydiyyatdan keçmək
  • Lazımi məhsulu seçmək
  • Partnyor mağazanın saytına keçid etmək və məhsulu sifariş etmək
  • Sifariş tamamlanan kimi, sifariş nömrəsini Shoppy.az-dakı şəxsi kabinetinizdə qeyd emək lazımdır
  • 30 dəqiqə ərzində cash-back aktivləşir və siz onları endirim şəklində istifadə edə bilərsiniz.

Shoppy.az saytında kupon sistemi mövcuddur və bu kuponlar hər mağazalar şəbəkəsi tərəfindən ayrıca təqdim olunur. Məsələn, əgər siz Baku Electronics mağazalar şəbəkəsi tərəfindən 10% miqdarında endirim kuponu əldə etmisinizsə, o zaman siz həmin mağazanın saytına link vasitəsilə keçid alıb kuponu istifadə edə bilər və aldığınız məhsula 10% endirim, həmçinin əlavə olaraq Shoppy.az-dan cash-back qazana bilərsiniz.

Əgər siz əlavə qazanc əldə etmək və şəxsi kabinetdəki balansınızı doldurmaq istəyirsinizsə, bunun üçün Shoppy.az saytının referal sistemindən yararlana bilərsiniz. Öz hesabınızdan sayta daxil olmaq, mağaza və ya məhsulu referal link vasitəsilə tövsiyyə etmək və aşağıda göstərilən unikal kodu daxil etmək kifayətdir.

Yeni istifadəçinin saytda qeydiyyatı və referal link vasitəsilə ilk məhsul alışından dərhal sonra siz sistemdə 1 manat şəklində bonus qazanırsınız və bu bonusları məhsul alışında endirim şəklində istifadə edə bilərsiniz.

Sizin məsləhətinizlə həmin istifadəçinin etdiyi hər bir tamamlanmış alış-verişə görə siz həmişə 1% qazanc əldə edəcəksiniz.

İstifadə Qaydaları

Shoppy.Az
Logo
Kodu yeniləmək
Məhsulları müqayisə et
  • Ümumi (0)
Müqayisə et
0