Haqqımızda
Hədəfimiz
Salam, biz shoppy.az komandası olaraq Azərbaycanın yeni onlayn alış-veriş şirkətiyik.
Hədəfimiz tanınmış brendlər ilə işləmək, müştəri məmnuniyyətini inkişaf etdirmək, uğurlu satış və çatdırılma işini həyata keçirməklə ölkənin qabaqcıl elektron kommersiya şirkəti olmaqdır. Biz enerjiliyik və inanırıq ki, gələcəyimiz var! Məqsədimiz sizi varlı etməkdir.Bu məqsədə birlikdə nail ola bilərik.
SHOPPY.az ticarət mərkəzi və bazar konsepsiyasını bir dam altında birləşdirir. Yəni siz, eyni məhsulu ticarət mərkəzindən baha, ənənəvi bazardan isə daha aşağı qiymətə ala bilərsiniz. Biz isə sizə ən dərin çeşid, ən sərfəli şərt və ən uyğun xidməti təklif edirik. Üstəlik məhsulları alaraq və sataraq siz bonus keşbeklər qazanırsınız. Bu şansı sizə yalnız biz təklif edirik. Hər bir məhsula 1 ildən az olmayan zəmanət talonu veririk.
Telefonlar, smarfonlar, qadjetlər, noutbuklar, kompüterlər, televizorlar, ev kinoteatrları, kiçik və böyük məişət texnikası, iqlim texnikası, oyun konsolları, velosiped və siqveylər, eləcə də tekstil, qab-qacaq, mebel, ev dekorları kimi ÇOXSAYLI məhsul çeşidi ilə SHOPPY - bütün ehtiyaclarınız üçün bir nöqtədir.
Bununula da sevdiyimiz məhsulları münasib qiymətlərlə almaq üçün fərqli mağazalara və hətta fərqli bazarlara getməli olduğumuz günlər geridə qaldı. Çünki artıq hər şeyi inanılmaz endirimli qiymətlərlə onlayn almaq mümkündür.ALIŞ VƏ SATIŞ ZAMANI ƏN ƏSASI QAZANACAQSIZ.
Burada siz Samsung, LG, Lenovo, Bosch, HP, Apple, JBL, Toshiba, Panasonic, Philips, Xiaomi, Braun, Zimmer, Vitek, Kenwood, Tefal və bir çox etibarlı brendlərdən elektronika məhsullarını seçə bilərsiniz. Siz də elə indi satış kolleksiyamıza göz gəzdirin və xoşunuza gələn məhsullara harada istəsəniz baxın, dəyərləndirin və bizdən sifariş edin.
Etibarlı onlayn alış-veriş ortağınız olaraq, qapıya çatdırılma, sürətli geri ödəmə, çatdırılma üzrə nağd pul və asan və təhlükəsiz ödəniş variantları kimi xidmətlər təqdim edirik.
SHOPPY.az-dan alış-veriş edərkən, ciddi keyfiyyət yoxlamaları apardığımız üçün ən yüksək keyfiyyətli məhsul əldə edəcəyinizə əmin ola bilərsiniz. Həmçinin, strukturlaşdırılmış kateqoriyalar və yalnız rəsmi markaların məhsullarını sizə təklif edirik. Məhsulların ən yaxşı vəziyyətdə sizə çatması üçün isə əlimizdən gələndən artığını edirik.
Daha nə gözləyirsiniz? Elə indi ən yaxşı endirimlərdən və təkliflərdən yararlanmaq üçün shoppy.az ilə alış-veriş dünyasını kəşf edin.
Kiçik məişət texnikası( KMT )
KMT-na aid məhsulların, telefonların, aksessuarların, tv, audio–video, İS avadanlıqların ( printer, noutbuk ) təmirə ehtiyyac yarandığı zamanı “Gənclik m. M.K. Atatürk 2” ünvanda yerləşən təhvil və servis məntəqəsinə təqdim edilməlidir.
Təmirə ehtiyacı olan məhsulların məntəqəyə təhvil verilən zamanı məhsulla birlikdə alış zamanı müştəriyəyə təqdim edilmiş “SHOPPY.AZ” zəmanət talonu və istehsalçı tərəfindən verilən zəmanət talonu ilə birlikdə təhvil verilməlidir.
Məntəqədə məhsulun qəbulu zamanı, operator tərəfindən ilkin baxış keçirilir və məhsulun qəbulu ilə bağlı müştəriyə “Qəbul qəbz”-i təqdim edilir. Müştəri təmirə təqdim edilmiş məhsulu geri alarkən “Qəbul qəbz”-i və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir.
Təhvil və servis məntəqəsində qəbul olunan məhsullar təmir və diaqnostika üçün Səlahiyyətli Servis Mərkəzlərinə (SSM) göndərilir. Təmirə ehtiyacı olan məhsul müayinə və ya təmirin icra olunması məqsədilə texniki servis mərkəzində saxlanıla bilər. Diaqnostika və təmir bitdikdən sonra , məhsullar təhvil və servis məntəqəsinə geri qaytarılır və bu haqda müştəriyə məlumat bildirilir.
Müştəri, məhsulun geri təhvil və servis məntəqəsinə qayıtması barədə məlumatı eldə etdiyi zaman, təhvil və servis məntəqəsinə yaxınlaşıb, təmirə təqdim edilmiş məhsulunu geri təhvil ala bilər.
Təmir prossesi haqqında və ya hər hansı bir servislə bağlı sual yarandığı halda müştərilər qaynar xəttə (MÖVCUD DEYIL) yığmaqla lazimi məlumatları əldə edə bilərlər.
Təmir və diaqnostika müddəti 14 gün müddətində yekunlaşa bilər, ehtiyac olduğu hallarda bu müddət uzana bilər.
Böyük məişət texnikası ( BMT )
BMT-na aid məhsulların təmirə ehtiyyac yarandığı zamanı, qaynar nömrəsinə zəng vurmaqla təmir üçün sifariş yarada bilərlər.
Call Center operatoru müştəridən lazımı məlumatları əldə etdikdən sonra, sifarişi qəbul edir və Səlahiyyətli Servis Mərkəzlərinə (SSM) məlumatı ötürür. SSM daxil olan sifariş əsasında mühəndis təyin edir.
Mühəndislər 24-72 saat ərzində müştərinin ünvanına yaxınlaşır və təmir prosesini həyata keçirir.
Əgər təmir prosesi yerində, yəni müştərinin ünvanında həyata keçirilməsi mümkün olmadığı halda, o zaman təmirə ehtiyac olduğu məhsul mühəndislər tərəfindən SSM-nə aparılır və təmir prosessi servisdə davam etdirilir.
Təmir bitdikdən sonra məhsul müştərinin ünvanına geri qaytarılır.
Təmir və diaqnostika müddəti 14 gün müddətində yekunlaşa bilər, ehtiyac olduğu hallarda bu müddət uzana bilər.
Tövsiyyə olunur
- Məhsulların alış zamanı, yəni təhvil alarkən müştəri tərəfindən tam ətraflı baxış keçirməlidi, defekt və çatışmamazlıqların olunmaması barədə əmin olmalıdı.
- Məhsulun birgə verilən alış çeki, zəmanət talonları itirilməməlidi.
- İstifadəçi kitabçası və zəmanət talonu sona qədər oxunmalıdı və tanış olmalıdı.
- İstifadə kitabçasında göstərilən istifadə qaydalarına riayət olunmalıdı.
Bilmək vacibdir:
Məhsulun model və seriya nömrəsi zəmanət talonu ilə uyğun olmalıdı.
Şərtlər pozulduqda və ya zəmanət talonunda göstərilən məlumatlar dəyişilərsə, silinərsə və yaxud yenidən yazılarsa, zəmanət talonu etibarsız hesab olunur. Zəmanət müddəti və ya pulsuz xidmət dövründə cihazda nasaz hissələrin dəyişdirilməsi zamanı (detallar, komponentlər, quraşdırılma vahidləri) yeni zəmanət müddətinin təyin olunması və ya pulsuz xidmət göstərilmə (bütün və ya dəyişdirilmiş hissələr üçün) nəzərdə tutulmur.
Zəmanətli təmir yalnız istehsal qüsuru nəticəsində baş vermiş qüsurlara aid edilir! Qüsurun istehsalçı tərəfindən baş verib-verməməsi yalnız Səlahiyyətli Servis (SSM) Mərkəzinin mütəxəssisləri tərəfindən təsdiq edilə bilər. Məhsul Səlahiyyətli Servis (SSM) Mərkəzinin mütəxəssislərindən başqa hər hansı bir kənar şəxs tərəfindən müdaxilə və ya təmir edildikdə zəmanət talonu qüvvədən düşür.
Aşağıdakı hallarda Zəmanət verilmir
- Məhsulun proqramlaşdırılmasına, əməliyyat sistemlərinə, drayverlərə və məhsula yazılan proqram təminatına;
- Virus və ya lisenziyasız proqramların istifadəsi nəticəsində aşkar olunan qüsurlara;
- İstehsalçı tərəfindən təsdiqlənməmiş hər hansı bir əlavə, qurğu qoşulubsa;
- Şəxsi istifadə üçün nəzərdə tutulan məhsuldan sahibkarlıq fəaliyyəti və ya məhsulun təyinatı üzrə istifadə qaydalarına riayət olunmaması, istifadə nəticəsində yaranmış mexaniki və fiziki zədə zamanı(çat,sınıq,batıq,əyilmə, cızıq və s.);
- Elektrik şəbəkəsinin uyğun olmayan gərginliyi və ya artıq yüklənməsi, daxilinə kənar əşya, maddə, maye, korroziya, canlıların, həşəratların düşməsi təsirindən və ya istiliyə davamiyyəti olmayan hissələrinə temperaturun yüksək(aşağı) və ya kənar, qarşısı alınmaz qüvvələrin, bədbəxt hadisələrin təsiri nəticəsində yaranan qüsurlar zamanı;
- Təlimat kitabçasında və digər sənədlərdə qeyd olunan qayda və saxlama şərtlərinin pozulması hallarında;
- Əgər qüsur məhsulun təbii istifadəsi zamanı əmələ gəlmişsə ( təbii istifadə dedikdə ,məhsulun istifadəsi zamanı xarici gürünüşünün dəyişilməsi başa düşülür);
- Əgər zərər qeyri standart (qeyri orijinal) və ya keyfiyyətsiz,zədələnmiş materialların ehtiyyat hissələrin, batareyaların, müxtəlif məlumat daşıyıcıların (audio, video, CD, DVD disklər, yaddaş kartları, SİM-kartlar , kartidclər) istifadə olunması nəticəsində əmələ gəlmişsə;
- Məhsulun üzərində olan markalama etiketi üzərində olan məlumatlar silinmişsə ,pozulmuşsa, düzəlişlər edilmişsə və ya ümumiyyətlə markalama etiketlərinin məhsulların üzərində olmaması hallarında;
Əlavə olaraq:
- soyuducular: qoxu kənarlaşdırıcıları,hava təmizləyiciləri (biodezodoratorlar), filtlər,rəflər,yeşiklər,dayaqlar və məhsulların saxlanması üçün digər qutulara;
- mikrodalğalı və digər sobalar: metal dayaq, fırlanğıc, qızartmaq üçün hörmə, tavalar, buxarlı bişirici tabaqları, məcməyilər, diyirçəkli dayaq, qazla işləyən qaynadıcı örtüklər və s.
- tozsoranlar :şlanglara,borucuqlara, şotkalara,ucluqlar, toz yığıcılar, filterlərə;
- paltaryuyan və qabyuyan maşınlar : suyun çəkilməsi üçün şlanglar;
- kondisionerlər,mətbəx sobaları və aspiratorlar : filtirlər;
- aksessuarlara
Qeyd:
Məhsulun yaddaşında olan məlumatların (konfidensial məlumatların saxlanılması üçün yaradılan loqin və şifrələrin bərpasına) itməsinə görə Səlahiyyətli Servis (SSM) Mərkəzi heç bir məsuliyyət daşımır. Yuxarıda göstərilən hallar baş verən zaman, cari “Zəmanət talonu” artıq öz qüvvəsini itirmiş, məhsulun zəmanəti bitmiş hesab olunur. Bu zaman təmir yalnız alıcının öz hesabına həyata keçirilir. Məhsulun saxlanması, düzgün quraşdılması qaydalarına əməl edilmədikdə insanlara, ev heyvanlarına və ya əmlaka deyən mümkün zərərə görə məsuliyyət daşımır.
Ödəniş formaları
SHOPPY.az mağazasından alış-veriş edərkən siz 3 formada ödəniş imkanından yararlana bilərsiniz.
-
Onlayn ödəniş
Onlayn ödənişin özünün də bir neçə növü var. Sifarişinizi “Səbət” bölməsinə ataraq istənilən bank kartı ilə ödənişi həyata keçirə bilərsiniz.
-
Taksit
Ödəniş formalarından “Taksit” düyməsini sıxaraq bu formadan yararlana bilərsiniz. Bu zaman keçərli kart. Birkart.
Qapıda ödəmə
Qapıda ödəmə birdəfəlik və ya taksit kartları ilə həyata keçirilir.
Birdəfəlik: nağd və ya istənilən bank kartı ilə ilə ödənişi rəsmiləşdirirsiniz.
Taksit: Birkart kredit kartı ilə mümkündür.
Bunlardan əlavə “Kreditlə al” düyməsini sıxaraq kreditlə alış-verişdən
yararlana bilərsiniz.
Kredit ödənişlərini terminalda və yaxud onlayn şəkildə edə bilərsiniz.
Ödəniş məbləği daxil etdikdən sonra, "ödə" düyməsini seçin, ödənişi yekunlaşdırın. Qəbz çap olunacaq.
Çatdırılma Şərtləri
Saytımızdan aldığınız məhsulların sifarişi və çatdırılması sizə təqdim edilmiş sifariş pəncərəsindən görə bilərsiniz. İri ölçülü məhsulların çatdırılması növbəti gün, kiçik ölçülü məhsulların çatdırılması isə 4 iş saatı (18:00-dək) ərzində həyata keçiriririk. Həyatdır, hər şey ola bilər. Hər ehtimala görsək ki, gecikmə yaranır, mütləq bu barədə sizə bildirəcək və razılıq alacağıq.
Çatdırılma vaxtını və gününü özünüz seçirsiniz. Bunun üçün sifariş etdiyiniz zaman uyğun günü və saatı qeyd edin.
Zəmanət Şərtləri
Biz SHOPPY.az olaraq bütün məhsullarımıza canla-başla zəmanət veririk.
Sifariş zamanı zəmanət talonu əməkdaşlarımız tərəfindən doldurulur.
Hansı hallarda zəmanət ləğv oluna bilər?
- Məhsulun proqramlaşdırılmasına, əməliyyat sistemlərinə, drayverlərə və məhsula yazılan proqram təminatına;
- Virus və ya lisenziyasız proqramların istifadəsi nəticəsində aşkar olunan qüsurlara;
- İstehsalçı tərəfindən təsdiqlənməmiş hər hansı bir əlavə, qurğu qoşulubsa;
- Şəxsi istifadə üçün nəzərdə tutulan məhsuldan sahibkarlıq fəaliyyəti və ya məhsulun təyinatı üzrə istifadə qaydalarına riayət olunmaması, istifadə nəticəsində yaranmış mexaniki və fiziki zədə zamanı(çat,sınıq,batıq,əyilmə, cızıq və s.);
- Elektrik şəbəkəsinin uyğun olmayan gərginliyi və ya artıq yüklənməsi,daxilinə kənar əşya,maddə,maye,korroziya,canlıların,həşəratların düşməsi təsirindən və ya istiliyə davamiyyəti olmayan hissələrinə temperaturun yüksək(aşağı) və ya kənar, qarşısı alınmaz qüvvələrin, bədbəxt hadisələrin təsiri nəticəsində yaranan qüsurlar zamanı;
QEYD: Məhsulun yaddaşında olan məlumatların (konfidensial məlumatların saxlanılması üçün yaradılan loqin və şifrələrin bərpasına) itməsinə görə Səlahiyyətli Servis (SSM) Mərkəzi heç bir məsuliyyət daşımır.
Yuxarıda göstərilən hallar baş verən zaman, cari "Zəmanət talonu" artıq öz qüvvəsini itirmiş, məhsulun zəmanəti bitmiş hesab olunur. Bu zaman təmir yalnız alıcının öz hesabına həyata keçirilir.Müştəriyə aldığı məhsul haqqında tam və dolğun məlumat verilib,olan narazılıqlar (əgər varsa) haqqında xəbərdarlıq olunub.
Məxfilik Siyasəti
Bu şəxsi məlumatların məxfiliyi siyasəti (bundan sonra Məxfilik siyasəti) https://shoppy.az domenində yerləşən "Shoppy.az" İnternet-mağazasının həmin mağazadan, proqram təminatından və xidmətlərdən istifadə edilən zaman İstifadəçilər haqqında əldə olunan bütün məlumata aid olunur.
Terminlərin təyin edilməsi
Bu Məxvilik siyasətində aşağıdakı terminlərdən istifadə olunur:
- «İnternet mağaza saytının administratorları (bundan sonra – Sayt Administrasiyası)» – Shoppy.az adından fəaliyyət göstərən, şəxsi məlumatların əldə olunmasını təşkil edən və ya həyata keçirən, şəxsi məlumatların işlənməsinin məqsədini, işlənməli şəxsi məlumatların tərkibini, şəxsi məlumatlarla həyata keçirilən hərəkətləri (əməliyyatları) təyin edən saytın idarə edilməsi üzrə səlahiyyətli heyət.
- «Şəxsi məlumatlar» - Müəyyən və ya müəyyən olunan fiziki şəxsə (şəxsi məlumatların subyekti) birbaşa və ya dolayı yolla aid olan istənilən məlumat.
- «Şəxsi məlumatların işlənməsi» - avtomatlaşdırma və ya belə vasitələrdən istifadə etmədən şəxsi məlumatlarla törədilən istənilən hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) toplusu, həmçinin şəxsi məlumatların toplanması, yazılışı, sistemləşdirilməsi, yığılması, saxlanılması, dəqiqləşdirilməsi (yenilənmə, dəyişdirilmə), əldə olunması, istifadəsi, ötürülməsi (yayılması, təqdim olunması, tapılması), simasızlaşdırılması, bloklaşdırılması, silinməsi, ləğv edilməsi.
- “Şəxsi məlumatların məxfiliyi” – şəxsi razılıq və ya digər qanuni əsas olmadan subyektin şəxsi məlumatlarının yayılmasına imkan verməməklə Operator və ya digər şəxsi məlumatı əldə edən şəxs üçün mütlək olan.
- “İnternet-mağaza Saytının istifadəçisi (bundan sonra – İstifadəçi)” – İnternet vasitəsilə Sayta giriş əldə edən və İnternet mağazanın saytından istifadə edən şəxs.
- «Cookies» — səhifəni açdıqda veb-server tərəfindən göndərilən və istifadəçinin kompyuterində saxlanılan veb-müştərinin və ya veb-brauzerin hər dəfə veb-serverə müvafiq saytın səhifəsini açmaq cəhdi zamanı HTTP-tələbində göndərdiyi verilənlərin kiçik fraqmenti.
- «İP-ünvan» — kompüter şəbəkəsində İP protokolu ilə qurulmuş unikal şəbəkə ünvanı qovşağı.
Ümumi müddəalar
İstifadəçinin İnternet-mağaza vebsaytından istifadə etməsi bu Məxfilik Siyasətini və İstifadəçinin şəxsi məlumatlarının işlənmə şərtlərinin qəbul etməsidir.
Məxfilik Siyasəti şərtləri ilə razılaşmasa, İstifadəçi onlayn mağazanın veb saytından istifadəni dayandırmalıdır.
Məxfilik Siyasəti yalnız Vau.az saytına aiddir. İnternet mağaza istifadəçinin İnternet Mağazanın veb saytında mövcud olan linklərdən və ya keçidlərdən istifadə edə biləcək üçüncü tərəflərin saytlarına nəzarət etmir və məsuliyyət daşımır.
Saytın administrasiyası İnternet-mağaza saytının İstifadəçisi tərəfindən verilən şəxsi məlumatların düzgünlüyünü yoxlamır.
Məxfilik siyasətinin predmeti
Bu Məxfilik Siyasəti internet mağaza saytının Administrasiyasının İstifadəçinin saytında qeydiyyatdan keçdikdə və ya malların satın alınması zamanı sifariş verərkən təqdim etdiyi şəxsi məlumatların sayt tərəfindən yayılmaması və məxfi saxlanılması tələbini təmin edir.
Bu Məxfilik Siyasəti çərçivəsində İstifadəçi işlənməsinə icazə verilmiş şəxsi məlumatları “Qeydiyyat” bölməsində "Shoppy.az" internet mağazasının saytında, qeydiyyat formasını dolduraraq, təqdim edir və aşağıdakı məlumatları daxil edir:
- İstifadəçinin soyadı, adı, atasının adı;
- İstifadəçinin əlaqə telefonu;
- Elektron ünvan (e-mail);
- Malın çatdırılma ünvanı;
- İstifadəçinin yaşadığı ünvan.
İnternet mağaza reklam birləşmələrini görüntüləmə prosesində və Google statistika scriptinin ("pixel") yükləyən səhifələrinə daxil olarkən avtomatik olaraq ötürülən məlumatları qoruyur:
- İP ünvan;
- cookies məlumatları;
- brauzer haqqında məlumat (və ya reklam nümayişınə icazə verən digər proqram);
- keçid vaxtı;
- reklam bloku yerləşən səhifənin ünvanı;
- referer (əvvəlki səhifənin ünvanı).
Cookies-lərin söndürülməsi, avtorizasiya tələb edən İnternet mağazanın veb saytının bəzi hissələrinə daxil olmaması ilə nəticələnə bilər.
İnternet mağaza ziyarətçilərin İP ünvanlarına dair statistika toplayır. Bu məlumat maliyyə ödənişlərinin qanuniliyini yoxlamaq üçün texniki problemləri müəyyən etmək və həll etmək məqsədilə istifadə olunur.
Yuxarıda göstərilməmiş istənilən digər şəxsi məlumat (satınalma tarixçəsi, istifadə edilən brauzerlər və əməliyyat sistemləri və s.) bu Məxfilik Siyasətinin 5.2. və 5.3. Maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla etibarlı saxlanılmalı və yayılmamalıdır.
İstifadəçinin şəxsi məlumatlarının toplanılmasının məqsədləri
İnternet mağazanın sayt Administrasiyası İstifadəçinin şəxsi məlumatlarını aşağıdakı məqsədlər üçün istifadə edə bilər:
- İnternet mağazanın saytında qeydiyyatdan keçmək və (və ya) Shoppy.az İnternet mağazasında malların distant üsul ilə satın alınması üçün müqavilə bağlamaq məqsədilə İstifadəçinin müəyyən edilməsi.
- İstifadəçiyə internet-mağaza Saytının şəxsi resurslarına daxil olmasını təmin etmək.
- İstifadəçi ilə qarşılıqlı əlaqənin qurulması, həmçinin İnternet mağaza saytından istifadə şərtləri və qaydası, xidmətin göstərilməsi, istifadəçinin sorğu və tələbnamələrin işlənməsi.
- Təhlükəsizliyi təmin etmək və dələduzluğun qarşısını almaq üçün İstifadəçinin yerləşdiyi məkanın təyin olunması.
- İstifadəçinin təqdim etdiyi şəxsi məlumatların düzgünlüyünün və tamlığının təsdiqi.
- İstifadəçi bir hesab yaratmaq üçün razılığa gəldiyi təqdirdə alış etmək üçün hesabın yaradılması.
- İnternet mağaza saytının İstifadəçisinə sifarişin vəziyyəti ilə bağlı məlumatlandırılması.
- Vergi və ya vergi imtiyazlarını təsdiqləyən ödəmə və ödənişləri qəbul edən, ödəmə mübahisəsi, istifadəçi tərəfindən kredit xəttini almaq hüququnun müəyyən olunması.
- İnternet mağaza saytından istifadə zamanı yaranan əngəlliklərlə bağlı İstifadəçiyə səmərəli müştəri və texniki dəstəyin verilməsi.
- İstifadəçinin razılığı ilə məhsul yeniləmələri, xüsusi təkliflər, qiymət məlumatları, xəbər bülletenləri və İnternet mağaza adından və ya İnternet mağaza tərəfdaşları adından digər məlumatları təqdim etmək. 4.1.11. İstifadəçinin razılığı ilə reklam fəaliyyətini həyata keçirmək.
- Məhsul, yenilənmə və xidmətlərdən yararlanmaq üçün İnternet mağaza tərəfdaşlarının saytlarına və ya xidmətlərinə İstifadəçinin daxil olmasını təmin etmək.
- İnternet mağaza saytından istifadə etmək üçün tələb olunan məlumatı təqdim etmək.
- Məlumat dəyişdikdə təqdim olunmuş məlumatı yeniləmək, tamamlamaq.
- Əldə olunan məlumatı bu Məxfilik Siyasətinin 4-cü bəndində göstərilən məqsədlər üçün istifadə etmək.
- Verilən məxfi məlumatın qorunub saxlanılmasını, İstifadəçinin yazılı razılığı olmadan yayılmamasını təmin etmək, həmçinin bu Məxfilik siyasətinin 5.2. və 5.3. bəndləri istisna olmaqla, İstifadəçinin şəxsi məlumatlarını satmamaq, dəyişməmək, dərc etməmək və ya digər üsullarla yayılmasının qarşısını almaq. 6.2.3. İstifadəçinin şəxsi məlumatlarının gizli saxlanılması üçün mövcud tədbirlər zamanı bu cür məlumatların mühafizəsi üçün istifadə edilən qaydaya uyğun tədbirlərin həyata keçirilməsi.
- İstifadəçinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya fərdi məlumatların subyektlərinin hüquqlarının müdafiəsi üzrə səlahiyyətli orqanlarının və ya yoxlama dövründə müraciət olunduğu vaxtdan müvafiq İstifadəçiyə aid şəxsi məlumatların bloklanmasını həyata keçirmək.
- Onun itirilməsi və ya yayılmasından əvvəl ictimaiyyətə bəlli olub.
- Üçüncü tərəf məlumatı saytın Administrasiyasından əvvəl əldə edib.
- İstifadəçinin razılığı ilə yayılıb.
Şəxsi məlumatların işlənməsinin üsulları və müddəti
İstifadəçinin şəxsi məlumatlarının işlənməsi vaxt məhdudiyyəti qoyulmadan, istənilən qanuni üsul ilə, həmçinin avtomatlaşdırma və avtomatlaşdırma olmadan şəxsi məlumatların informasiya sistemində həyata keçirilir.
İstifadəçi məlumatın saytın Administrasiyası tərəfindən üçüncü şəxslərə (çatdırılma xidmətinə, poçt təşkilatlarına, elektrik əlaqə operatorlarına) «Shoppy.az» İnternet maqazasının saytında qanuniləşdirilmiş sifarişi yerinə yetirmək üçün ötürülməsinə razılıq verir.
İstifadəçinin şəxsi məlumatları Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarına yalnız Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada təqdim oluna bilər.
Şəxsi məlumatların itirildiyi və ya yayıldığı halda saytın Administrasiyası İstifadəçini məlumatlandırır.
Sayt Administrasiyası İstifadəçinin şəxsi məlumatının məxfiliyinin saxlanılması, qeyri- qanuni və ya təsadüfi ələ keçmə, ləğv olunması, dəyişdirilməsi, bloklaşması, surətinin çıxarılması, yayılması və s. üçüncü şəxslərin qeyri qanuni hərəkətlərin qarşısını almaq üçün lazımi təşkilati və texniki tədbirləri həyata keçirir. 5.6. Sayt Administrasiyası İstifadəçi ilə birlikdə İstifadəçinin məxfi məlumatlarının itirilməsi və ya yayılması ilə bağlı ziyanın ödənilməsini və ya mənfi nəticələrin qarşısını almaq üçün lazımi tədbirləri həyata keçirir.
Tərəflərin öhdəlikləri
İstifadəçinin borcudur:
Sayt Administrasiyası borcludur:
Tərəflərin məsuliyyəti
İstifadəçinin təqdim etdiyi məlumatları qeyri-qanuni istifadəsi nəticəsində İstifadəçinin çəkdiyi zərəri odəməyən, öhdəliklərini yerinə yetirməyən sayt Administrasiyası bu Məxfilik Siyasətinin 5.2., 5.3. və 7.2. bəndlərində nəzərdə tutulanlar istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.
Məxfi məlumatın itirilməsi və ya yayılması zamanı Administrasiya aşağıdakı hallarda məsuliyyət daşımır:
Mübahisələrin həlli
İnternet mağaza saytı və sayt administrasiyası arasında yaranan mübahisələrə dair iddia ərizəsini verməzdən əvvəl iddianın irəli sürülməsi (mübahisənin könüllü şəkildə həll edilməsi haqqında təklif) mütləqdir.
İddianı alan iddia ərizəsi alındıqdan sonra 30 təqvim günü ərzində iddiaçının iddia ərizəsinin nəticələri haqqında yazılı şəkildə məlumatlandırır.
Razılıq əldə edilmədikdə, mübahisə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq, məhkəmə orqanına təqdim olunur.
Bu Məxfilik Siyasətinə və İstifadəçi və Sayt Administrasiyası arasındakı münasibətlərə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi tətbiq edilir.
Əlavə şərtlər
Sayt administrasiyası İstifadəçinin icazəsi olmadan bu Məxfilik Siyasətində dəyişikliklər edə bilər.
Yeni Məxfilik siyasəti Məxfilik siyasəti tərəfindən qeyri şərtlər nəzərdə tutulmadığı halda İnternet mağazanın saytında yerləşdirildikdən sonra qüvvəyə minir.
Bu Məxfilik siyasəti ilə bağlı istənilən sual və təkliflərin elektron ünvana göndərilməsi məqsədəuyğundur.